[email protected]

 +99450 277-75-23

Haqqımızda

Haqqımızda

Gücümüz sizə keyfiyyətli və sağlam xidmət etməkdədir. Dostumuz Təbiətdir.

İRvent şirkəti 2005 ci ildə qurulmuşdur. Komandamız təcrübəli mühəndislərdən və bacarıqlı ustalardan ibarətdir. Bizim əsas öncəliyimiz müştərilərimizin məmnunluğudur. Bütün səyimiz və fəaliyyətlərimiz bu yöndədir.

İrvent Azərbaycan daxili bazarında havalandırma, isitmə və soyutma sistemlərinin satışı və istehsalı ilə məşğuldur. Biz dünyanın Vents, Sytemair, Airvent, FAF, ODE, TrakyaDöküm, Link, Baymak, ECA, EVS, Plastherm, Ariston, Rayco və.s ilə əməkdaşlıq edir, yenilikləri izləyir və adı çəkilən şirkətlərin məhsullarının Azərbaycanda satışlarını təmsil edirik. Təklif etdiyimiz məhsulların bir qismi dünyanın tanınmış şirkətlərinin məhsulları olsa da, bizim üçün prioritet məsələ yerli bazarda yerli məhsulların çıxarılmasında bünövrə rolunu oynamaqdır.

İRvent üçün digər vacib bir məsələ isə ətraf mühitin, təbiətin və dünyamızın qorunmasıdır. Bu bizim üzərində yaşadığımız Dünyamıza qarşı vəzifəmizdir, Təbiət bizim dostumuzdur. Bununla yanaşı enerji istifadəsini minimuma salıb, səmərəliliyi yüksəltmək də bizim üçün vacib məsələlərdəndirki, bu səbəbdən dolayı dünya bazarındakı innovasiyaları davamlı olaraq təqib edir, müştərilərimizə təklif edirik.

İrvent LTD olaraq, biz Sənaye müəssisələri, otellər, xəstəxanalar, Mall və ticarət mərkəzləri, məktəblər, dövlət müəssisələri və idarələri, yaşayış kompleksləri üçün uzunömürlü, keyfiyyətli, sağlam və sərfəli qiymətlərə olan havalandırma, isitmə və soyutma sistemlərini təklif edirik. Bununla yanaşı müştərilər qarşılıqsız olaraq İRvent şirkətinin Tövsiyyə (Consulting) xidmətlərindən də yararlana bilərlər. Həmiçinin məhsullarımız müştərilərimizə müəyyən Zəmanət müddəti ilə verilir və təcrübəli ustalar/mühəndislər tərəfindən quraşdırılır.

İRvent – İşinizin, ailənizin, sağlamlığınızın və Təbiətimizin dostudur!


FƏRQİMİZ

– Geniş məhsul çeşidləri

– Mütəxəssis məhsul seçimi

– Ehtiyyac anında təslimat

– Elastiklik


Niyə biz?

İRvent, sektorda geniş bir məhsul çeşidi ilə paket tipli bir həll(lər) təklif edir və ən asan yolu ən yaxşı şəkildə əldə etməyə imkan yaradır.

Əsas hədəfimiz iqtisadi, effektiv və uzun ömürlü məhsulların maksimum münasib qiymətlərlə təqdim olunmasıdır.

Məhsullarımızın və xidmətlərin keyfiyyəti işçilərimizin keyfiyyətindən başlayır. Ən yaxşı komandadan ən yaxşı xidməti əldə edə bilərsiniz.



PARTNYORLARIMIZ  

Ariston
Plastherm
ECA
Trakya Döküm
Baymak
Pakkens
FAF
ODE
Klepsan Vana
Systemair
VENTS-US

© 2020 İRVENT

Saytın hazırlanması Beyvin Group şirkətinə məxsusdur.