[email protected]

 +99450 277-75-23

Layihələr

Layihələr

Şəmkir şəhərinin Bayraq meydanı və Bayraq muzeyi

 

Şəmkir şəhərinin girişində yerləşən bayraq meydanı 4,5 hektar ərazini əhatə edir. Meydanda 98 metr hündürlüyündə bayraq dirəyi ucaldılıb, uzunluğu 40, eni 20 metr olan dövlət bayrağı asılıb.

Dövlət bayrağının postamentində Bayraq muzeyi yaradılıb. Qeyd edək ki, muzeyin xarici vitrajları şüşə paketdən hazırlanıb. Muzey səkkizguşəli formada inşa edilib.

Şirkətimiz tərəfindən Bayraq muzeyinin havalandırma sistemləri, qazanxana sistemləri və su kanalizasiya sistemlərinin tətbiqi ilə bərabər avadanlıqları təmin edilmişdir.

Bakı Sağlamlıq Mərkəzi

 

Səhiyyə Nazirliyinin tabeliyində olan 550 çarpayılı çoxprofilli müasir klinika – Bakı Sağlamlıq Mərkəzinin Havalandırma sisteminin tətbiqi ve təminatı şirkətimiz tərəfindən həyata keçirilmişdir.

Sabirabad Rayon Mərkəzi Xəstəxanası

 

Sabirabad rayonunda 4,77 hektar torpaq sahəsini əhatə edən 205 çarpayılıq Sabirabad Rayon Mərkəzi Xəstəxanasının 1,2 hektarında dördmərtəbəli üç binadan ibarət xəstəxana kompleksinde Havalandırma ve qazanxana sistemlerinin müasir avadanlıqlarının tətbiqi və təminatı şirkətimiz tərəfindən təmin edilmişdir.

Xəzər Palaca Hotel

 

Lənkəran şəhərində dəniz kənarında gözəl mənzərəyə sahib olan ərazisində restoran və 8 kottecdən ibarət olan “Xəzər Palace” otel kompelksinin havalandırma, qazanxana, isitmə və su kanalizasiya sistemləri yüksək səviyyəli ustalarımız tərəfindən yüksək keyfiyyətli avadanlıqlarla quraşdırılıb təhvil verilmişdir. Açılışda Azərbaycan Respublikasının prezidenti cənab İlham Əliyevdə iştirak etmiş və görülən işlərlə tanış olub yüksək qiymətləndirmişdir.

Renessans Palace

 

“Renessans Palace” YK Yasamal rayonu ərazisində “Elmlər akademiyası” m/s yaxınlığında, Zahid Xəlilov və Əhməd Cəmil küçələri arasında yerləşir.
Renessans Palace YK – 4 binanın inşasını əhatə edən kompleks tikinti layihəsidir. Obyektin ümumi sahəsi 2.67 hektardır. Hal-hazırda tikintisi başa çatmış binalarda şirkətimiz əməkdaşlıq etdiyi şirkətlərlə bərabər havalandırma, qazanxana sistemlərinin dizaynerlərimiz tərəfindən layihələndirilib və hal-hazırda yüksək səviyyəli ustalarımız tərəfindən quraşdırılması davam etdirilir. Bununla yanaşı yaşayış kompleksi avropa standartlarına və üslubuna uyğun təmir edildiyinə görə bütün avadanlıqlar yüksək keyfiyyətlə tərəfimizdən təmin edilir.

Şəmkir Rayonu Heydər Əliyev Mərkəzi

 

Şəmkirdə 7 893.22kv/m ərazidə tikilən Heydər Əliyev mərkəzinin binası müasir rasionalizm üslubunda inşa edilmişdir. Mərkəz 2 sektordan A və B sektorlarından ibarətdir.A sektoru 2 , B sektoru isə 4 mərtəbədən ibarətdir.Mərkəzin binasında kiçik və böyük konfrans zalı,təqdimat zalı, kinozal, 15.000 kitabdan ibarət kitabxana fondu, Ulu öndərin həyat və fəaliyyətinin müvafiq dövrlərini interraktiv şəkildə əks etdirən və altı dildə səsləndirən monitorlar olan qalereya , muzey,ViP kafe fəaliyyət göstərir. Mərkəzdə müxtəlif regional, ümumrespublika və beynəlxalq tədbirlərin keçirilməsi planlaşdırılır. Şirkətimiz tərəfindən qazanxana sisteminin yığılması, mərkəzin daxilində isitmə sisteminin quraşdırılması, havalandırma kanallarının yığılması, kanal motorlarının quraşdırılması və mərkəz binasının izoliyasiya olunması tam təmin edilmişdir.

Aztol Motors

 

Volvo” və “Suzuki” avtomobillərinin Azərbaycanda rəsmi idxalçısı “Aztol Motors” şirkəti yeni satış və servis mərkəzi 3 mərtəbəli plazadır. Servis mərkəzi şirkətimizin əməkdaşlıq etdiyi şirkətlər tərəfindən yüksək səviyyədə yekunlaşdırılıb təhvil verilmişdir. Şirkətimiz bu layihədə bütün izoliyasiya havalandırma və qazanxana sistemlərinin məhsullarını təmin etmişdir.

Bilgah Estates Villa Resorts

 

Abşeron yarımadasının günəşli sahilləri boyunca 72 hektarlıq ərazidə yerləşən Bilgah Estates Villa Resort ərazisindəki villaların bir çox hissəsinin havalandırma və isitmə sisteminin layihələndirilməsi şirkətimizin layihəçiləri tərəfindən hazırlanmışdır. Layihələndirmə işi tamamlandıqdan sonra şirkətimiz tərəfindən havalandırma, qazanxana eyni zamanda su kanalizasiya sistemləri qurularaq təhvil verilmişdir.

Atropat Hotel

 

Atropat hoteli dənizsahili ərazidə, qədim Bakının ürəyi olan İçəri Şəhərdə yerləşir. Şirkətimizə Atropat Hotel-in nümayəndələri tərəfindən otelin havalandırma sisteminin yenidən qurulması üçün müraciət daxil olmuşdur. Layihəçilərimiz və ustalarımız otelə baxış keçirərkən çoxlu sayda nasazlıqlar ortaya çıxarmışlar(şəkillərdə göstərilib). İşləri görülüb yekunlaşdırdıqdan sonra Atropta otel rəhbərliyi gördüyümüz işlərin yüksək keyfiyyət və müasir avadanlıqlarla quraşdırılması ilə tanış olduqdan sonra bizə dərin təşəkkürlərini çatdırdılar.

Salyan və Cəlilabad Rayonlarında İstixanalar (parnik)

 

Salyan rayonu ərazisində 5 hektar ərazini əhatə edən istixanalar tikilib təhvil verilmişdir. Eyni zamanda Cəlilabad rayonunda yenicə tikilmiş Ələt-Astara yolunun kənarında 3 hektar ərazidə istixana tikilib təhvil verilmişdir. Şirkətimiz tərəfindən bu istixanalara yüksək keyfiyyətli qazanxana avadanlıqları verilmişdir. Avadanlıqlar Türkiyə və İtaliyadan gətirilmişdir.


PARTNYORLARIMIZ  

Ariston
Plastherm
ECA
Trakya Döküm
Baymak
Pakkens
FAF
ODE
Klepsan Vana
Systemair
VENTS-US

© 2024 İRVENT

Saytın hazırlanması Beyvin Group şirkətinə məxsusdur.